"Sənaye, energetika, investisiya, kiçik və orta biznes, ticarət, nəqliyyat-tranzit və digər sahələrdə əlaqələrin gücləndirilməsi üçün geniş imkanlar var. Bu barədə Azərbaycan-Özbəkistan Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasında ətraflı müzakirə apardıq. Həmkarlarımıza işğaldan azad edilmiş ərazilərimizin potensialı barədə məlumat verdik, Özbəkistan şirkətlərini ölkəmizin əlverişli investisiya və biznes mühitindən yararlanmağa dəvət etdik",- deyə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.