Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib: "Daşkənddə müasir tekstil klasterlərinin fəaliyyəti ilə tanış olduq, “Uztekstilprom” Assosiasiyasının sədri İlhom Haydarov və “Uzbekipaksanoat” Assosiasiyasının sədri Bahrom Şaripovla görüşdük. Biznes qurumları arasında əlaqələrin genişlənməsinin ölkələrimizin iqtisadiyyatı üçün faydalarından danışdıq".