Azərbaycan və Qazaxıstan arasında İşgüzar Şura yaradılacaq

2022.08.01 12:43 (UTC+04:00)

Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da olub.

AZPROMO-dan bildirilib ki, görüşdə iqtisadi-ticarət tərəfdaşlığının genişləndirilməsi, biznes dairələri arasında əlaqələrin inkişafı istiqamətləri, həmçinin Azərbaycan və Qazaxıstan arasında İşgüzar Şuranın yaradılması barədə fikir mübadiləsi aparılıb.