AZPROMO və İsveçrə Birləşmiş Ticarət Palatası əməkdaşlıq imkanlarını müzakirə ediblər

2022.07.30 12:27 (UTC+04:00)

İsveçrə Birləşmiş Ticarət Palatasının (JCC) Azərbaycan bölməsinin rəhbəri Leyla Bağırzadə İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da olub.

AZPROMO-dan bildirilib ki, görüşdə Azərbaycanın biznes və investisiya mühiti, ölkəmizin qeyri-neft məhsullarının ixrac imkanları barədə ətraflı məlumat verilib, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi və JCC arasında əməkdaşlığın qurulması barədə fikir mübadiləsi aparılıb, suallar cavablandırılıba.