Ötən il bağça-lisey tipli təhsil kompleksinə 850 min manat güzəştli kredit ayrılıb

2022.07.29 17:04 (UTC+04:00)

Son 3 ildə təhsil sahəsində fəaliyyət göstərən biznes subyektlərinə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 5,8 milyon manat məbləğində maliyyə dəstəyi göstərilib. 2021-ci ildə “Hədəf liseyi” MMC-yə məxsus bağça-lisey tipli təhsil kompleksinə 850 min manat güzəştli kredit ayrılıb.

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.