Kreditlərin 97,42 faizi banklar tərəfindən verilib

2022.07.29 16:32 (UTC+04:00)

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, 2022-ci il iyun ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,3 faiz artaraq, milli valyuta ekvivalentində 18 milyard 577,9 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, ümumi kredit portfelinin 15 milyard 47 milyon manatı və ya 81 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 97,42 faizi banklar, 2,58 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 25,7 faiz azalaraq 673,7 milyon manat olub və ümumi kredit portfelinin 3,6 faizini təşkil edib.