Ərzaq, içki və tütünün istehlak qiymətləri indeksi 118,4 faiz təşkil edib

2022.07.29 14:02 (UTC+04:00)

Cari ilin yanvar-iyun aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-iyun aylarına nisbətən 112,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 118,4 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, cari ilin iyun ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi ötən aya nisbətən 99 faiz, ötən ilin iyun ayına nisbətən isə 120,6 faiz olub.