Azərbaycan İnvestisiya Şirkəti ilə OurCrowd şirkəti arasında müqavilə imzalanıb

2022.07.29 12:31 (UTC+04:00)

"Azərbaycan İnvestisiya Şirkəti (Azerbaijan Investment Company OJSC - AIC) və İsrailin aparıcı qlobal kapital kraudfandinq platforması olan OurCrowd şirkəti arasında investisiya müqaviləsi imzalanıb"

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

"Sənədə əsasən AİŞ Azərbaycan iqtisadiyyatına töhfə verə biləcək bu şirkətin startaplarına investisiya yatıracaq" - deyə nazir əlavə edib.