2023-cü ildə Azərbaycanda illik inflyasiyanın tədricən birrəqəmli həddə enəcəyi proqnozlaşdırılır.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazimov iyulun 29-da faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
AMB sədri qeyd edib ki, cari ilin sonuna baza amillərinə görə, illik inflyasiyanın cari tempdən aşağı olacağı proqnozu dəyişməz qalır.