İlin birinci yarısında strateji valyuta ehtiyatları 1,8 faiz artıb

2022.07.29 12:10 (UTC+04:00)

Bu ilin altı ayında strateji valyuta ehtiyatları 1,8 faiz artaraq 54,2 milyard ABŞ dollarına çatıb.

Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iyulun 29-da faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.