Birjalarda neft qiymətləri

2022.07.29 11:08 (UTC+04:00)

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,24 dollar azalaraq 106,90 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,21 dollar bahalaşaraq 96,63 dollar olub.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,56 dollar azalaraq 109,96 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.