Pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə əhaliyə 3 milyard 247 milyon manat ödənilib

2022.07.29 10:47 (UTC+04:00)

Sosial təminat növləri (pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı) üzrə ödənişlərdə artım dinamikası 2022-ci ilin 6 ayında da davam edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin 6 ayı ərzində həmin sosial təminat növləri üzrə əhaliyə 3 milyard 247 milyon manat vəsait ödənilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 7,8 faiz və ya 235,3 milyon manat çoxdur.