Dövlət-özəl tərəfdaşlığına həsr edilmiş seminar keçirilib

2022.07.28 16:30 (UTC+04:00)

Asiya İnkişaf Bankının (AİB) “Azərbaycan Dövlət-Özəl Tərəfdaşlığının İnkişafı Mərkəzi və Layihələrin İnkişafı Fondunun dəstəklənməsi” layihəsinin ölkəmizdə səfərdə olan missiyasının iştirakı ilə İqtisadiyyat Nazirliyində seminar keçirilib. Aidiyyəti dövlət qurumlarının nümayəndələrinin də iştirak etdiyi tədbirin keçirilməsində məqsəd dövlət-özəl tərəfdaşlığı layihələrinin seçilməsi alətlərinin müəyyən edilməsidir.

İqtisadiyyat nazirinin müşaviri Emil Məcidov ölkəmizlə AİB arasında əməkdaşlığın uğurlu inkişafını qeyd edib, dövlət-özəl tərəfdaşlığı modelinin tətbiqi istiqamətində ölkəmizin geniş potensiala malik olduğunu, bu istiqamətdə gələcək fəaliyyətlərin həyata keçirilməsi üzrə beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Seminarda AİB-in ekspertləri tərəfindən layihə seçimi təlimatı üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.