Yanvar-iyun aylarında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 3202,4 kiloqramı gümüşün payına düşüb.
Dövlət Statistika Komitəsinin məlumatlarında bildirilir ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 763,8 kiloqram çox olub.
Bu il iyulun 1-nə olan vəziyyətə əsasən, 568,6 kiloqram hazır gümüş ehtiyatı var.