Bu ilin sonuna kimi 1500 qazi və şəhid ailəsi mənzillə təmin olunacaq

2022.07.28 15:33 (UTC+04:00)

Yaxın iki ay ərzində daha 500 nəfər şəhid ailəsi və qazi fərdi ev və mənzillə təmin olunacaq.

Bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov deyib.

Agentliyin sədri 2022-ci ildə 1500 şəhid ailəsi və qazinin mənzil və fərdi evlərlə təmin olunmasının nəzərdə tutulduğunu bildirib.

Vüqar Behbudov göstərilən kateqoriya üzrə insanlarla bağlı dövlət siyasətinin həyata keçirilməsində hansısa problemin olmadığını qeyd edib: “Həmin şəxslərdən artıq 600 nəfərə ev və mənzillər təqdim olunub. Bu il 160 nəfər müharibə əlilinin avtomobillə təminatı planlaşdırılır. Artıq 100 nəfərə avtomobil təqdim olunub. Yaxın vaxtlarda 60 nəfərə də avtomobil veriləcək”.