Tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə görüş keçirilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, onlayn formatda təşkil olunmuş görüşdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Dövlət Vergi Xidməti, Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, Sahibkarlığın İnkişafı Fondunun nümayəndələri və 40-a yaxın sahibkarlıq subyekti iştirak edib.
Görüşdə sektor üzrə KOB subyektlərinin qarşılaşdıqları çətinliklər və təkliflər dinlənilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.