Altı ayda bir istehlakçı orta hesabla ayda 453,7 manat vəsait xərcləyib

2022.07.28 14:14 (UTC+04:00)

Cari ilin yanvar-iyun aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 27,4 milyard manat olmaqla ötən ilin yanvar-iyun aylarına nisbətən müqayisəli qiymətlərlə 4,4 faiz artıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2021-ci ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz artaraq 26,4 milyard manata bərabər olub, onun 46,4 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 453,7 manat və ya keçən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 66 manat çox vəsait xərcləyib.