Polşa ilə KOB sahəsində əməkdaşlıq müzakirə edilib

2022.07.28 12:46 (UTC+04:00)

Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafal Poborski Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub.

KOBİA-dan bildirilib ki, qurumun İdarə Heyətinin sədri Orxan Məmmədov və səfir Rafal Poborski arasında keçirilmiş görüşdə KOB sahəsində əməkdaşlıq imkanları, o cümlədən birgə layihə və təşəbbüslərə dair fikir mübadiləsi aparılıb.