Mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması ilə bağlı daxil olmuş 6308 müraciətdən 5022-si üzrə müsbət qərar qəbul edilib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, təsdiqlənmiş subsidiyanın məbləği 69,4 milyon manat olub və bunun 65,1 milyon manatı sahibkarlara ödənilib.