Bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı iyun ayının sonunda ötən aya nəzərən 225 min ədəd artaraq 12 milyon 244 min ədəd təşkil edib.
Mərkəzi Bankdan bildirilib ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 21,8 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 20,8 faiz, kredit kartları üzrə 28,9 faiz təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 76 min, kredit kartları 348 min, digər kartlar isə 1,8 milyon ədəd artıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.