İyunda cəmi kredit portfelində vaxtı keçmiş kreditlərin payı 3,5 faiz təşkil edib

2022.07.27 13:17 (UTC+04:00)

İyunda cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı 3,5 faiz təşkil edib.

Mərkəzi Bankdan bildirilib ki, qeyd olunan göstərici ilin əvvəlinə nəzərən 0,7 faiz bəndi, ötən ilin müvafiq dövrünə nəzərən isə 2,5 faiz bəndi azalıb.