Fiziki şəxslərin əmanətlərinin dollarlaşması azalıb

2022.07.27 12:37 (UTC+04:00)

İyunda bankların əmanət portfelində əhəmiyyətli dəyişiklik baş verməyib. Əmanət portfelinin 55,3 faizi (5 milyard 736,4 milyon manat) müddətli əmanətlərdən ibarətdir.

Mərkəzi Bankdan bildirilib ki, fiziki şəxslərin əmanətlərinin dollarlaşması iyun ayında əvvəlki aya nəzərən 1 faiz bəndi, ötən ilin müvafiq dövrünə nəzərən isə 5,5 faiz bəndi azalaraq 40,2 faiz təşkil edib.