Ermənistan iqtisadiyyatına qoyulan sərmayələr 65 faiz azalıb

2022.07.27 14:21 (UTC+04:00)

Bu ilin birinci rübündə xarici investisiyalar 65% və ya 49,9 milyard dram (1.000 dram=3,9 manat) azalıb. Ötən illə müqayisədə Avropa Yenidənqurma və İnkişaf Bankının sərmayələri 33,9 milyard dram, Almaniyanın sərmayələri 22,18 milyard dram, Hollandiyann sərmayələri 16,2 milyard dram, İtaliyanın sərmayələri 3,48 milyard dram, Kanadanın sərmayələri 2,56 milyard dram, Yaponiyanın sərmayələri isə 1,85 milyard dram azalıb.

Tütün sənayesinə investisiyalarda 2,48 milyard dram, telekommunikasiya sahəsinə invastisiyalarda isə 3,55 milyard dram azalma qeydə alınıb.

İqtisadiyyat üçün vacib olan sənaye sahələrində investisiyaların həcminin azalması Ermənistan iqtisadiyyatı ilə bağlı maraqlı tərəflərdə ciddi narahatlıq doğurub.