Plastmas idxalı 100 min tonadək artıb

2022.07.26 17:51 (UTC+04:00)

İlin birinci yarısında 99,8 min ton plastmas və onlardan hazırlanan məmulatlar idxal edilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, idxal edilən plastmas və onlardan hazırlanan məmulatların dəyəri 223,9 milyon dollar olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə dəyəri 168,5 milyon dollar olmaqla 81,5 min ton plastmas və onlardan hazırlanan məmulatlar idxal edilib.