Bakıda “Enerji və Dördüncü Sənaye İnqilabı” Hakatonu keçiriləcək
2022.07.26 13:09 (UTC+04:00)
09-11 sentyabr 2022-ci il tarixlərində Bakı Ali Neft Məktəbində SOCAR və 4SİM-in birgə təşkilatçılığı ilə “Enerji və Dördüncü Sənaye İnqilabı” Hakatonu keçiriləcək.
Məqsəd: Azərbaycanda, xüsusilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında “yaşıl” və rəqəmsal enerji texnologiyalarının tətbiqi, bərpa olunan enerji resurslarından istifadənin genişləndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədilə innovativ ideyalara dəstək verilməsidir.
Kateqoriyalar:
- Enerji və əşyaların interneti;
- Enerji və süni intellekt;
- Enerji və rəqəmsal iqtisadiyyat.
Mükafat fondu: 11 000 manat
- 1-ci yer 5000 manat;
- 2-ci yer 3000 manat;
- 3-cü yer 2000 manat;
- 2 komandaya həvəsləndirici pul mükafatı 500 manat (hər birinə).
Qeydiyyat üzrə son tarix: 20 avqust 2022-ci il
Hakatonda iştirak üçün şərtlər:
- Yaş: 18-40
- İştirakçılar yalnız komanda şəklində çıxış edə bilərlər;
- Komanda, kapitan da daxil olmaqla, 5 nəfərdən ibarət olmalıdır;
- Komandaların kapitanı komandanın üzvləri tərəfindən seçilir;
- Bir komandada eyni müəssisədən maksimum 2 nəfər ola bilər;
- İştirakçılar 56 saat ərzində tədbir keçirilən məkanda qalacaqlar;
- İştirakçılardan COVİD-19 peyvənd və ya immunitet sertifikatı tələb olunacaqdır.
Müraciət forması:
https://docs.google.com/forms/d/e/1FAIpQLSeH6E_x_cCvxCik2ghdJ0wIWoS53WdiVbUngvhAiHEQvB4ZHg/viewform?usp=sf_link
Seçilən iştirakçılar hakatonun gündəliyi və ətraflı məlumatla təmin olunacaqlar.