ATV ilə Vergilər Nazirliyinin birgə layihəsi olan "İqtisadi zona" proqramının növbəti buraxılışında problemli kreditlərlə bağlı kompensiyaların verilməsinə hazırlıq işləri, bankların kredit faizlərini aşağı salması, sahibkarların maliyyə mənbələrinə çıxışı və "İşsizin dostu" barədə süjetlər verilib.
Verilişin qonağı – Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdiri Qulu Xəlilov evlərin qeydiyyatı ilə bağlı aparılan təkmilləşdirmə işləri, həyata keçirilən islahatlar çərçivəsində elektron çıxarışların verilməsi sahəsində vətəndaşları maraqlandıran suallara aydınlıq gətirib.