İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da yerli istehsalçılar və ixracatçılar assosiasiyalarının nümayəndələri ilə görüş keçirilib.
AZPROMO-dan bildirilib ki, görüşdə Qablaşdırma Sənayesi, Şərab, Süd və Süd Məhsulları, Zeytun, Ekoloji Təmiz Məhsul və Zəfəran istehsalçıları və ixracatçıları assosiasiyalarının nümayəndələri iştirak edib.
Tədbirdə istehsalın və ixracın dəstəklənməsi məqsədilə həyata keçirilən kompleks tədbirlər, eləcə də hazırlanan yeni mexanizmlər barədə məlumat verilib.
Görüşdə, həmçinin assosiasiyaların gələcək fəaliyyəti, strateji inkişaf planları, sektordakı mövcud vəziyyət, sahibkarların təkliflərinin öyrənilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsi, sahəvi dəstək mexanizmləri ətrafında fikir mübadiləsi aparılıb, assosiasiyaların nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.