Özəl sektora dövlət dəstəyi çərçivəsində Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin əvvəlindən 1.384 layihənin maliyyələşdirilməsinə 53,9 milyon manat güzəştli kredit verilib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib: "Kreditlərin layihə sayı üzrə 99,9 faizi, kreditin məbləği üzrə 96,3 faizi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür. Verilmiş kreditlər 1.379 yeni iş yerinin yaradılmasına imkan verir".