Ötən ay avtomobil nəqliyyatı ilə ölkədən 198,3 min ton yük göndərilib

2022.07.25 16:10 (UTC+04:00)

İyunda Azərbaycandan avtomobil nəqliyyatı ilə 198 min 352 ton yük ixrac edilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, keçən ay ərzində bu nəqliyyat növü ilə ölkəyə idxal olunan yüklərin həcmi isə 260 min 739 ton olub.