18 startap layihəsinin hər birinə 25 min manat vəsait ayrılıb

2022.07.25 14:23 (UTC+04:00)

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi startapların stimullaşdırılması təşəbbüslərini davam etdirir. Bu innovativ sahəyə dəstək çərçivəsində 18 layihənin hər birinə 25 min manat vəsait ayrılıb.

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşım edib: "Azərbaycan Respublikası Təhsil Nazirliyi və SABAH.lab Startap Akselerasiya Mərkəzi tərəfindən keçirilmiş Baku ID Summer'22 (Bakı İnvestisiya Günü) startapların təşviqi, yerli layihələrin xarici investorlara təqdim edilməsi baxımından önəmlidir".