Yaponiya Finlandiya ilə avtomatik məlumat mübadiləsi barədə sazişi nəşr edib

2019.04.24 13:07 (UTC+04:00)

Yaponiya hökuməti öz rəsmi internet səhifəsində Yaponiya ilə Finlandiya arasında vergi sazişinin və həmin sazişə aid protokolun mətninin birləşdirilmiş versiyasını nəşr edib. Birləşdirilmiş mətn vergi bazasının aşındırılmasının və gəlirlərin başqa ölkələrə köçürülməsinin qarşısının alınması üzrə vergi müqaviləsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi barədə çoxtərəfli Konvensiya çərçivəsində imzalanmış müqavilədə əks olunan başlıca məqamları əhatə edir.