Sənaye zonalarında indiyədək 7,17 milyard manatdan çox məhsul istehsal edilib, bunun 2,3 milyard manat hissəsi ixrac olunub.
Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşım edib: "2022-ci ilin I yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə məhsul istehsalının həcmi 52,95% artaraq 1,3 milyard manata çatıb. Bu dövrdə ixrac isə 2021-ci ilin I yarısı ilə müqayisədə 101,6 faiz artaraq 543,9 milyon manat təşkil edib".