Yanvar-iyun aylarında Azərbaycandan MDB ölkələrinə 860 milyon 964 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 54 milyon 51 min dollar çoxdur.
Altı ayda Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 1 milyard 295 milyon 493 min dollar olub.