Yanvar-iyun aylarında neft-qaz sektoruna 2,2 milyard manatlıq vəsait yönəldilib

2022.07.21 15:33 (UTC+04:00)

Cari ilin birinci yarısında neft-qaz sektoruna 2 milyard 250,1 milyon manatlıq vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2022-ci ilin yanvar-iyun aylarında ölkənin neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 20,7 faiz azalıb.