Yanvar-iyun aylarında Azərbaycanda ən çox idxal əməliyyatları iyunda aparılıb.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, altı ayda idxal əməliyyatlarının ən yüksək göstəricisi iyunda, ən aşağı göstəricisi isə martda qeydə alınıb. Belə ki, iyunda idxal əməliyyatlarının dəyəri 1 milyard 221,3 milyon ABŞ dolları, martda isə 952,7 milyon dollar təşkil edib.
Qeyd edək ki, yanvar-iyun aylarında idxalın dəyəri 6 milyard 356,9 milyon dollar olub.