Valyuta hərracında tələb 18,6 milyon ABŞ dolları təşkil edib

2022.07.21 14:18 (UTC+04:00)

İyulun 21-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.

Bankdan bildirilib ki, hərracda tələb 18,6 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.