Altı ayda Azərbaycan ən çox Rusiyadan məhsul idxal edib

2022.07.21 14:00 (UTC+04:00)

Azərbaycan yanvar-iyun aylarında ən çox Rusiyadan məhsul idxal edib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, altı ayda ölkəyə ən çox Rusiya, Türkiyə və Çindən məhsul idxal olunub. Rusiyadan idxalın dəyəri 1 milyard 182 milyon ABŞ dolları, Türkiyədən 1 milyard 52,6 milyon dollar, Çindən isə 942,4 milyon dollardır.