Əmlakı icarəyə verən hüquqi şəxsin hansı vergi öhdəlikləri yaranır?

2022.07.25 10:13 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən bildirilib ki, əmlakın icarəyə verilməsindən gəlir əldə edən şəxslərin bu fəaliyyətlərilə bağlı sadələşdirilmiş vergini tətbiq etmək hüququ olmadığından, hüquqi şəxslər tərəfindən əmlakın icarəyə verilməsindən əldə olunan gəlirlər mənfəət vergisinə cəlb edilir.

Eyni zamanda, hüquqi şəxsin ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olduqda növbəti ayın ilk 10 günü ərzində həmin vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verilməklə ƏDV qeydiyyatına alınmalı və göstərdiyi xidmətlərin dəyərinə 18 faiz dərəcə ilə ƏDV tətbiq etməlidir.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 155-ci., 159-cu və 218.5-ci maddələri