İspaniya hökuməti iri enerji şirkətləri və maliyyə institutlarına iki müvəqqəti vergi tətbiq etməyə hazırlaşır. Hökumət başçısı Pedro Sançes parlamentin aşağı palatası olan Deputatlar Konqresində çıxışı zamanı bu barədə bildirib.
"Hökumət böhrandan əksəriyyətin zərərinə istifadə edən şirkətlərin və ya şəxslərin mövcudluğuna dözməyəcək, - İspaniyanın baş naziri qeyd edib. - Biz iri enerji şirkətlərinin izafi mənfəətinə vergi tətbiq etmək niyyətindəyik ki, bununla da büdcəyə növbəti iki il ərzində hər il 2 milyard avro əlavə vəsait cəlb ediləcək”.
Pedro Sanchez bildirib ki, hökumət artıq yüksək faiz dərəcələrindən faydalanmağa başlayan böyük maliyyə institutları üçün də müstəsna və müvəqqəti vergini təsdiq edəcək: "Bu vergi də iki il müddətində qüvvədə olacaq və bununla ildə 1,5 milyard avro vəsait əldə edə biləcəyimizi təxmin edirik".