Cari ilin altı ayında Azərbaycanda 24,8 milyard dollarlıq ticarət əməliyyatları aparılıb

2022.07.21 10:08 (UTC+04:00)

Yanvar-iyun aylarında Azərbaycanda ticarət əməliyyatlarının dəyəri 24 milyard 836,1 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ticarət əməliyyatlarının 6 milyard 356,9 milyon dolları idxalın, 18 milyard 479,2 milyon dolları isə ixracın payına düşüb.