Yanvar-iyun aylarında Azərbaycanda ən çox ixrac əməliyyatları apreldə aparılıb.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, altı ayda ixrac əməliyyatlarının ən yüksək göstəricisi aprel, ən aşağı göstəricisi isə martda qeydə alınıb. Belə ki, apreldə ixrac əməliyyatları 3 milyard 842,4 milyon ABŞ dolları, martda isə 2 milyard 13,2 milyon dollar təşkil edib.
Qeyd edək ki, cari ilin altı ayında ölkədə ixracın dəyəri 18 milyard 479,2 milyon dollar olub.