Cari ilin birinci yarısında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı qısamüddətli bazar dəyəri dəyişkənliyindən yaranan mənfi fərq 3 milyard 434 milyon manata bərabər olub.
ARDNF-dan bildirilib ki, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Neft Fondunun büdcədənkənar xərcləri 1 milyard 793,3 milyon manat təşkil edib.