Beş ayda ölkəyə gətirilən məhsulların 19,1 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb

2022.07.20 13:01 (UTC+04:00)

Cari ilin yanvar-may aylarında Azərbaycana idxal olunan məhsulların 19,1 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, idxalın 62,7 faizini avtomobil, 10,7 faizini hava, 7 faizini dəniz nəqliyyatı, 0,5 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilən yüklər təşkil edib.