Ötən ay dəniz limanlarında 1,2 milyon ton yükləmə-boşaltma işləri həyata keçirilib

2022.07.20 12:32 (UTC+04:00)

İyunda dəniz limanlarında 1 milyon 212,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, yüklərin 1 milyon 79,5 min tonunu tranzit yükləri təşkil edib.

Keçən ay dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 3100 nəfər olub.