Türkiyədə POS-terminal tarixə göndərilir

2019.04.23 19:19 (UTC+04:00)

Gəlir İdarəsi Başkanlığı (GİB) mal və xidmət satışları ilə əlaqədar yeni texnologiyalara uyğun olaraq, sənədlərin mobil ödəmə kimi üsullarla işlənilməsinə şərait yaradan baza hazırlayacaq.

Artıq GİB tərəfindən "Təhlükəsiz mobil ödəmə və elektron sənəd idarəetmə sistemi ilə əlaqədar vergi qanunu üzrə ümumi bildiriş layihəsi" hazırlanıb. Banklar, elektron pul və ödəmə quruluşları yeni texnoloji inkişafa uyğun olaraq POS-terminal cihazlarına ehtiyac olmayan ödəmə vasitələri təklif etdikləri üçün yeni bildiriş layihəsində də mal və xidmətlərin satışlarına aid sənədlərin elektron mühitdə yaradılması ilə bağlı tətbiqlərin vergi ödəyicilərinin istifadəsinə verilməsi və işlədilməsi ilə bağlı şərtlər göstərilib.

Həmin şərtlərə əsasən, "Təhlükəsiz mobil ödəmə və elektron sənədlərin idarəetmə sistemi" maliyyə və özəl inteqrator (GİB tərəfindən vergi ödəyicisi adından e-faktura, e-dəftər, e-arxiv fakturası kimi elektron qeydləri hazırlamağa səlahiyyət verilən vasitəçi qurumlar) strukturları tərəfindən həyata keçirilən satış, ödəmə-yığım əməliyyatları və bu əməliyyatlarla bağlı olaraq elektron sənədlərin hazırlanması, yönəldilməsi, mühafizəsi və təqdim olunması proseslərini əhatə edəcək.