Sahibkarların 1384 layihəsinin maliyyələşdirilməsinə 53,9 milyon manat güzəştli kredit verilib

2022.07.19 17:27 (UTC+04:00)

2022-ci ilin ötən 6 ayı ərzində sahibkarların 1384 layihəsinin maliyyələşdirilməsinə 53,9 milyon manat güzəştli kredit verilib.

Sahibkarlığın İnkişafı Fondundan bildirilib ki, iqtisadiyyatın sahələri üzrə verilmiş kredit sayının 96,7 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, 2,2 faizi sənaye məhsullarının istehsalı və emalı, 0,3 faizi logistika, 0,8 faizi isə digər sahələrin (turizm tibb və sair) inkişafına yönəldilib. Kreditlərin məbləğ üzrə 75,9 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, 7,4 faizi sənaye məhsullarının istehsalı və emalı, 13 faizi logistika, 3,7 faizi isə digər sahələrin (turizm, tibb və sair) payına düşür.