Paytaxtda daha bir avtomobil yolu istifadəyə verildi

2019.04.23 15:25 (UTC+04:00)

Aprelin 23-də Bakının Xəzər rayonunda Mərdəkan-Qala avtomobil yolunun açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə sakinlərlə görüşüb söhbət edib. Sonra Prezident İlham Əliyevə Mərdəkan-Qala avtomobil yolunun tikintisi layihəsi barədə məlumat verilib. Dövlətimizin başçısı yeni yolun rəmzi açılışını bildirən lenti kəsib. Sonda xatirə şəkli çəkdirilib.