Bu ilin II rübündə Azərbaycanın qeyri-neft məhsullarının ixracı 730,35 milyon ABŞ dolları təşkil edib.
Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib ki, ötən ilin eyni rübü ilə müqayisədə Azərbaycanın qeyri-neft məhsullarının ixracı 10,5 faiz artıb. Bu ilin yanvar-iyun aylarında ölkənin qeyri-neft ixracı 1 milyard 457,62 milyon dollar (artım 25,4 faiz), təkcə iyun ayında isə 269,55 milyon dollar (artım 5,8 faiz) olub. Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik ifadədə 47,2 faiz artaraq 2 milyard 713,4 milyon dollar təşkil edib.