Avropa Komissiyası (AK) Avrozona üçün bu ilin inflyasiya proqnozunu 7,6%-ə qaldırıb. Yazda irəli sürülən proqnoza əsasən, 2022-ci ildə inflyasiyanın 6,1% olacağı gözlənilirdi. 2023-cü ilin proqnozunda da əhəmiyyətli dəyişiklik edilib: inflyasiya səviyyəsi 2,7%-dən 4%-ə qaldırılıb. Avrozona üzrə 2023-cü il üçün ümumi daxili məhsul (ÜDM) artımı proqnozu 2,3%-dən 1,4%-ə endirilib.
AK Avropa İttifaqının 2022-ci il üçün artım proqnozunu praktiki olaraq dəyişməyib, 2,7% səviyyəsində saxlayıb, Avrozona iqtisadiyyatının isə bu il 2,6% artacağı gözlənilir. Avropa İttifaqı üzrə 2023-cü ilin ÜDM artımı proqnozu 2,3%-dən 1,5%-ə endirilib.
İttifaqın ən böyük iqtisadiyyatı olan Almaniya da oxşar dinamika nümayiş etdirir: artım proqnozu 2022-ci il üçün 1,6%-dən 1,4%-ə, 2023-cü il üçün isə 2,4%-dən 1,3%-ə endirilib.