Bu ilin altı ayında Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 456 milyon dolları ötüb

2022.07.18 16:10 (UTC+04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 456 milyon dolları ötüb.

Həmin dövrdə Azərbaycan bu ölkədən 131 milyon 991 min dollarlıq məhsul idxal edib. Ölkəmizin Ukraynaya ixrac etdiyi məhsulun dəyəri isə 324 milyon 451 min dollar olub.

Xatırladaq ki, ötən il Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 922,5 milyon dollar təşkil edib.

Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir.